COP29

Ərəblər 120 milyon avroluq təklif hazırlayır – Nigeriyalı hücumçu üçün

11 İyun 15:40 İtaliya 1 539
Ərəblər 120 milyon avroluq təklif hazırlayır – Nigeriyalı hücumçu üçün

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az “II Matino”-ya istinadən xəbər verir ki, “Əl-Əhli” nigeriyalı üçün “Napoli”yə 120 milyon avro təklif etmək niyyətindədir.

Osimhenin özünün mövqeyi hələ də bəlli deyil. Onun Səudiyyə Ərəbistanına getmək istəyəcəyi dəqiqləşməyib.

25 yaşlı futbolçu ötən mövsüm 32 matça çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun “Napoli” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti