Azərbaycan millisinin və “Bursaspor”un futbolçusu Toral Bayramov karyerasını Polşada davam etdirə bilər.
Polşa mətbuatı saytımızın yaydığı məlumatı təsdiqləyib.
Bildirilib ki, 25 yaşlı müdafiəçi ilə “Rakuv” arasında mümkün qış transferi ilə bağlı danışıqlar aparılır. Tərəflərin altı aylıq icarəyə götürülməsi variantını müzakirə etdiyi vurğulanır.
Azərbaycanlı sol cinah oyunçusu cari mövsümdə “Bursaspor”un heyətində 11 oyunda meydana çıxıb. O, ümumilikdə 425 dəqiqə formsa geyinib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bayramov daha əvvəl uzun illər “Qarabağ”ın formasını geyinib,
Ötən mövsüm Azərbaycan çempionatında Ağdam təmsilçisinin heyətində 30 oyunda 7 qol vurub. O, “Qarabağ”la birlikdə mütəmadi olaraq avrokuboklarda iştirak edib.
2026-cı ilin yayında “Qarabağ”dan ayrılaraq “Bursaspor”a keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Amma Toralın Bursa təmsilçisindəki işləri elə də uğurlu getmir. Baş məşqçi Mustafa Er həmyerlimizi əsas heyətdə görmür.
Bu üzdən yığmamızın üzvü vaxtının çox hissəsini ehtiyat skamyada keçirir.
Maraqlıdır ki, Bayramov “Rakuv”la artıq qarşılaşıb. O, 2023-cü ildə “Qarabağ”ın heyətində Çempionlar Liqasının təsnifat mərhələsində Polşa klubuna qarşı meydana çıxıb.
“Rakuv”da Azərbaycan millisinin daha bir üzvü - Mahir Emreli də icarə əsasında çıxış edir. Polyaklar hücumçunu bu ilin yayında “Kayzerslautern“dən sıralarına qatır.
Razılaşmaya əsasən, onun maaşının yarısını yenə Almaniyanın II Bundensliqa mənsubu ödəyir. “Rakuv“ Toral Bayramovun məsələsində də eyni mövqeni sərgiləyir.
Müdafiəçinin Türkiyədə qazandığı aylıq pulu qarşılmağa çətinlik çəkirlər. “Yaşıl timsahlar“ millimizin üzvünə aylıq 50 min dollar əməkhaqı verir.
SPORTİNFO.AZ
