2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasında cari mövsümün qrup mərhələsi başa çatandan sonra dəqiqləşib.
Azərbaycan millisi ən aşağı reytinqli komandaların yer aldığı 5-ci səbətdə olacaq. Bu səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də qərarlaşıb.
Ümumilikdə, püşkatmada iştirak edəcək 54 milli komanda 5 səbətə bölünüb. İlk 4 səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda yer alıb.
Avro-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
