Quliyev Cakartada Qran-pri kəməri uğrunda döyüşəcək - FOTOLAR

08:10 Digər növlər 41
Quliyev Cakartada Qran-pri kəməri uğrunda döyüşəcək - FOTOLAR

Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü Amin Quliyev dekabrın 12-də İndoneziyanın Cakarta şəhərində keçiriləcək “BYON World Grand Prix” turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, WAKO üzrə böyüklər arasında dünya və ikiqat Avropa çempionu 67 kq çəki dərəcəsində səkkiz idmançının qatılacağı Qran-pridə mübarizə aparacaq.

“Indonesia Arena”da təşkil olunacaq yarışın rəsmi cədvəlinə əsasən, Quliyev 1/4 finalda Türkiyə təmsilçisi Yusuf Polatla qarşılaşacaq.

Qran-prinin qalibi olmaq üçün idmançı eyni gündə üç döyüşdə - 1/4 final, yarımfinal və finalda qələbə qazanmalıdır.

Amin Quliyev noyabrın 6-15-də Şimali Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanaraq ikinci dəfə qitə çempionu olub. O, həmçinin 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarına lisenziya əldə edib.

Amin Quliyev Cakartada Qran-pri kəməri uğrunda döyüşəcək

Amin Quliyev Cakartada Qran-pri kəməri uğrunda döyüşəcək

Amin Quliyev Cakartada Qran-pri kəməri uğrunda döyüşəcək

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?