“Real”ın braziliyalı vingeri Rodriqo karyerasını vətənində davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “ESPN Brasil” məlumat yayıb.
25 yaşlı futbolçunun xidmətində “Santos” maraqlıdır. Braziliya klubu mümkün icarə keçidi ilə bağlı “Real”la danışıqlara başlayıb.
Ancaq transferin reallaşma ehtimalı çox aşağı qiymətləndirilir. Çünki nə Madrid klubu, nə də Rodriqo əməkdaşlığı dayandırmaq niyyətindədir.
Braziliyalı vingerin “kral klubu” ilə müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna qədərdir. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.
