İcraiyyə Komitəsi millinin baş məşqçisinə dair qərarı nə vaxt verəcək?

İcraiyyə Komitəsi millinin baş məşqçisinə dair qərarı nə vaxt verəcək?

AFFA İcraiyyə Komitəsi (İK) bir neçə aylıq aradan sonra yığışacaq.

Saytımız bu barədə federasiyanın özündən məlumat əldə edib.

Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, ali qərarverici orqan dekabrda bir araya gələcək.

İK həmin vaxt bir neçə məsələyə münasibət bildirəcək. O cümlədən ölkənin əsas yığmasının UEFA Millətlər Liqasının D divizionunda göstərdiyi nəticə və baş məşqçinin taleyi müzakirəyə çıxarılacaq.

İkinci qrupda birinci yeri tutan Ayxan Abbasovla müqavilənin uzadılıb-uzadılmaması yönündə qərar veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı