Avropada 5 top-klubun hədəfindədir - Belçikalı müdafiəçi

01:40 Dünya futbolu 36
Avropada 5 top-klubun hədəfindədir - Belçikalı müdafiəçi

“Brayton”un müdafiəçisi Maksim de Kuper Avropanın bir sıra top-klublarının diqqətini cəlb edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu “Arsenal”, “Liverpul”, PSJ, “Yuventus” və “Milan”ın transfer siyahısına düşüb.

De Kuper hazırda transfer bazarının ən perspektivli cinah müdafiəçilərindən biri hesab olunur.

Onun hücumameyilli oyunu, texniki bacarıqları və bir neçə mövqedə çıxış etmək qabiliyyəti yüksək qiymətləndirilir.

25 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 10 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Brayton”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?