ŞOK AÇIQLAMA: "Bura gələnə qədər Azərbaycanın harada yerləşdiyini də bilmirdim"

19:00 Sumqayıt 43
ŞOK AÇIQLAMA: "Bura gələnə qədər Azərbaycanın harada yerləşdiyini də bilmirdim"

"Sumqayıt"ın braziliyalı yarımmüdafiəçisi Lukas Blek Sportinfo.az-a açıqlama verib.

25 yaşlı futbolçu bu yay komandaya qoşulan əcnəbilər arasında ən çox fərqlən biridir.

Orta sahə oyunçusu ilk olaraq öz çıxışını qiymətləndirib.

"Bu, sənin maksimum səviyyəndir, yoxsa daha yaxşı oynaya biləcəyini düşünürsən" sualına konkret cavab verib:

"Düşünürəm ki, hələ çox inkişaf etməliyəm. Braziliyadan kənarda ilk təcrübəmdir və burada hər şey fərqlidir: meydança, top, oyunun intensivliyi və sair. Amma ən yaxşı oyunumu nümayiş etdirmək və “Sumqayıt”a qələbələr qazanmaqda kömək etmək üçün çox çalışıram".

Cənubi amerikalı Azərbaycana gələnə qədər hətta ölkəni tanımadığını etiraf edib:

"Düzünü desəm, Azərbaycanın harada yerləşdiyini belə bilmirdim. Ölkə haqqında bir neçə dəfə eşitmişdim, amma burada oynayacağım heç ağlıma da gəlməmişdi".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti