"Zirə"nin legioneri Anje Mutsinzi zədələnib.
Sportinfo.az xəbər verir ki, müdafiəçi Ruanda millisinin heyətində sıradan çıxıb.
Ruanda Afrika Millətlər Kubokunun seçmə mərhələsində öz meydanında Mali ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra
Ruanda 6 xalla qrupda ikincidir.
Anje Mutsinzi də Mali ilə matçın iştirakçısı olub. Meydana start heyətində çıxan müdafiəçi 77-ci dəqiqədə zədələnib və Tierri Manzi ilə əvəzlənib.
