Yaşıl meydana dönən məşhur: “Qayıtmağın vaxtı idi”

01:40 İtaliya 52
Yaşıl meydana dönən məşhur: “Qayıtmağın vaxtı idi”

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən yaşıl meydanlara qayıdıb. O, İtaliya C Seriyasında çıxış edən “Ravenna”nın heyətində “Forli”yə qarşı keçirilən matçda (2:0) meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı futbolçu qarşılaşmadan sonra sosial şəbəkə hesabında təəssüratlarını bölüşüb:

“Rəsmi oyunda yenidən meydana çıxdığım üçün çox xoşbəxtəm. Qayıtmağın vaxtı idi.

Dolmuş stadionda komanda yoldaşlarımla birlikdə belə gözəl gün yaşamaq çox xoş oldu.

Bu, inanılmaz hisslər idi. Həyatımın xüsusi anlarından biridir. Bu axşam üçün hər kəsə təşəkkür etmək istəyirəm”.

Ronaldinyo Avropada “Barselona”, “Milan” və PSJ-dəki çıxışı ilə tanınıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!
16 Noyabr 03:00 Ondan da boşandı - FOTO