“Barselona”nın 9 dərdi - Bu siyahıda “Sabah” da var

14:20 İspaniya 57
“Barselona”nın 9 dərdi - Bu siyahıda “Sabah” da var

“Barselona” qarşıdakı 28 gün ərzində 9 oyuna çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu, Avropanın beş aparıcı çempionatında çıxış edən klublar arasında fasilədən sonrakı ən sıx oyun qrafikidir.

Kataloniya təmsilçisi orta hesabla hər 3,1 gündən bir meydana çıxmalı olacaq.

Sıx qrafikdə “Barselona”nın rəqibləri arasında Azərbaycan çempionu “Sabah” da yer alır.

Komandalar noyabrın 25-də Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda üz-üzə gələcəklər. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bildirilib ki, “Real Madrid” və “Atletiko” da eyni müddətdə 9 oyun keçirəcəklər. Lakin onların bu qarşılaşmaları 29 günə təsadüf edəcək.

Sıx oyun qrafikinin yaranmasına La Liqada bəzi qarşılaşmaların tarixinin dəyişdirilməsi də təsir edib. Belə ki, İspaniya Superkubokunda iştirak edəcək “Barselona”, “Atletiko”, “Real Madrid” və “Real Sosyedad”ın 23-cü tur çərçivəsindəki oyunları fevral ayından dekabrın 2-nə keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı