"Qarabağ"dan kimlər gedəcək? - “Neftçi” məbləği artırdı: VİDEO

17:00 Premyerliqa 114
"Qarabağ"dan kimlər gedəcək? - “Neftçi” məbləği artırdı: VİDEO

“Sportinfo TV“nin efirində gedən “Sport Xəbər“in növbəti burazılışı yayıma çıxıb.

Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat izləyicilərin diqqətinə çatdırılıb.

***
«Neftçi» Premyer Liqanın ilk dövrəsini zirvədə bitirdi. Bakıda «Kəpəz»i qəbul edən «ağ-qaralar» 1:0 hesablı qələbəyə sevindi. Maracarıstanlı yarımmüdafiəçi Alen Şkribekin 67-ci dəqiqədə vurduğu qol komandasına yalnız 3 xal qazandırmayıb, eyni zamanda, 3000 manat qazandırıb. Bu rəqəm göstərir ki, «Neftçi»də mükafat fondu artırılıb. Aydın olur ki, klub rəhbərliyi futbolçuları daha da ruhlandırmaq məqsədilə səxavət kisəsinin ağzını bir qədər də geniş açıb.

***
«Şəfa»nın yeganə hücumçusu sıradan çıxıb. Luis Felipe ən azı 6 ay yaşıl meydanlardan kənarda qalıb. Braziliyalı Premyer Liqanın 11-ci turunun «Araz-Naxçıvan»la matçında (2:2) zədələnib. İlk hissəsində qasıq nahiyəsindən qasıq nahiyəsindən xəsarət alan forvard fasilədə əvəzlənib. MRT müayinəsindən sonra cənubi amerikalı legionerin cərrahi müdaxiləyəyə ehtiyac duyacağı üzə çıxıb. 26 yaşlı «sambaçı» yaxın günlərdə ölkəsində əməliyyat olunacaq.

***
“Qarabağ”da ayrılıqların olacağı qaçılmaz görünür. “Köhlən atlar”ın çempionatda əldə etdiyi nəticələr bir tərəfə, komandanın əvvəlki oyunundan uzaq düşməsi Qurban Qurbanovu narahat etməyə bilməz. Təcrübəli mütəxəssis qış fasiləsində bəzi futbolçuların komandanı tərk etməsinə etiraz etməyəcək. Siyahının başında isə iki nəfərin adı var - Marko Yankoviç və Joni Montiel. Hər iki solaxay yarımmüdafiəçinin qış fasiləsində “Qarabağ”ı tərk etməsi kifayət qədər real görünür.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti