Qarabağdakı stadionun qapılarını komandanın üzünə açdılar - VİDEO

01:10 I Divizion 64
Qarabağdakı stadionun qapılarını komandanın üzünə açdılar - VİDEO

Birinci Liqının səkkizinci turunda noyabrın 19-da keçiriləcək “Xankəndi” - “Karvan-Yevlax” matçı öncəsi meydan sahibləri hazırlıqlarını davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, “Xankəndi” qarşılaşma öncəsi məşqə çıxıb.

Qarşılaşma yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçiriləcək ilk rəsmi oyun olacaq. Görüş saat 16:00-da başlayacaq.

“Xankəndi” bundan sonra ev oyunlarını da bu arenada keçirəcək. MOİK-in stadionun xidmətlərindən istifadəsinə isə qış fasiləsindən sonra başlanılması planlaşdırılır.

MOİK yenidənqurmadan əvvəl də Xankəndi şəhər stadionunda oyun keçirib. Ordu təmsilçisi 2023-cü il dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşıb.

Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu əlavə olunmuş vaxtda Nəriman Axundzadə vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?