Freddi Varqas tezliklə «Neftçi»nin əsas heyətində yerini itirə bilər.
Bu barədə xəbərdarlığı ona Yuri Vernidub edib.
Baş məşqçi venesuellalı yarımmüdafiəçi ilə görüşərək, fikirlərini dilə gətirib.
Ukraynalı mütəxəssis yayda «Makkabi»dən (İsrail) birdəfəlik satın alınmış legionerin Premyer Liqanın ilk dövrəsində sərgilədiyi oyundan narazılığını gizlətməyib.
Cənubi amerikalıya ötən mövsüm yaxşı təsir bağışladığını xatırladan təcrübəli çalışdırıcı qeyd edib ki, o, öz üzərində daha çox işləməsə, ilk «11-lik»də yer tapacağını gözləməsin:
«Sənlən gözləntilərimiz böyükdür. Başa düş, sən yaxşı oynamasan, çempionluğu qazanmaq bizə çətin olacaq.
Bəlkə də sənə görə çempion olmayacağıq. Bəli, səndən çox şey asılıdır.
Vaxt azdır, özünü göstərməlisən. Mən ötənilki Varqası yenidən meydanda görmək istəyirəm.
Böyük oyunların oyunçusu olmalısan. Hər komandaya qol vurmağa çalışmalısan. Bütün diqqətin bura ver».
SPORTİNFO.AZ
