“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Napoli” “Real”ın yarımmüdafiəçisi Franko Mastantuono ilə maraqlanır.
Argentinalı futbolçu hazırda icarə əsasında “Fiorentina”da çıxış edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi 19 yaşlı yarımmüdafiəçini inkişafını yüksək səviyyədə davam etdirməsi üçün ideal transfer hesab edir.
Ancaq “Napoli” onun transferi uğrunda “Milan”, “Roma” və “Fiorentina” ilə rəqabət aparmalı olacaq.
Mastantuono ötən ilin yayında Florensiya klubuna keçib. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir. O, cari mövsümdə A Seriyasında 11 oyunda meydana çıxıb və 4 qol vurub.
