Dərd çox, qayğı çox - Bu sualların cavabını kim verəcək?

14:40 Problem 52
Dərd çox, qayğı çox - Bu sualların cavabını kim verəcək?

Müasir futbolda yalnız istedadla irəli getmək mümkün deyil.

İstedadın üzərinə düzgün fiziki hazırlıq, taktiki savad, yüksək oyun intensivliyi, düzgün qidalanma, bərpa və peşəkar münasibət əlavə edilməlidir.

Əks halda, texniki cəhətdən istedadlı futbolçu belə beynəlxalq səviyyədə rəqabət aparmaqda çətinlik çəkəcək.

Təbii ki, U-19-da işləyən məşqçinin də məsuliyyəti var. Elgiz Kərəmli və bu prosesdə qərar verən mütəxəssislər özlərinə ciddi suallar verməlidirlər:

Əlimizdə hansı futbolçu materialı var? Bu materialın real imkanları nədir? Hansı oyun modelini tətbiq edə bilərik?

Futbolçuların fiziki və taktiki çatışmazlıqlarını necə kompensasiya edə bilərik? Mövcud potensialdan maksimum nəticəni necə əldə etmək olar?

Çünki məşqçi hər zaman arzuladığı futbolçu materialı ilə işləmək imkanına malik olmur.

Bəzən mövcud resurslara uyğunlaşmalı, oyun modelini dəyişməli, futbolçuların güclü və zəif tərəflərini nəzərə almalıdır. Amma bu, məsuliyyətdən yayınmaq üçün səbəb deyil.

Avropa çempionatının birinci seçmə mərhələsində Monteneqroya biabırçı bu məğlubiyyətə yalnız hesab prizmasından baxmaq düzgün olmaz.

2:7 nəticəsi Azərbaycan futbolunda aşağı yaş qruplarından başlayaraq akademiyaların idarə edilməsinə, məşqçi hazırlığına, fiziki hazırlıq sisteminə, qidalanmaya, tibbi təminata və oyunçu inkişafına qədər bütün mərhələlərin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir.

Ən vacib məsələ budur: biz U-19-dan nəticə tələb edirik, amma həmin futbolçuların yetişdiyi sistem onlara beynəlxalq səviyyədə rəqabət aparmaq üçün hansı şəraiti yaradıb?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!