“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın da heyətində yer aldığı Polşa milli komandası Millətlər Liqasının B4 qrupunda son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Polşa millisi İsveçi qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb.
Puxaç heyətdə yer alsa da, meydana çıxmayıb.
Polşa millisi qrupda üçüncü yeri tutub (5 xalla) və bununla da, B Liqasındakı yerini qoruyub saxlamağı bacarıb.
