Ermənistan niyə Bakıya komanda göndərmir?

09:20 Digər növlər 87
Ermənistan niyə Bakıya komanda göndərmir?

Bakıda keçiriləcək qrepplinq, MMA və pankration üzrə dünya çempionatında erməniəsilli səkkiz idmançının iştirak edəcəyi bildirilir.

Sportinfo.az xəbər verir ki, Ermənistanın milli komandası yarışlarda iştirak etməyəcək. Lakin başqa ölkələrin yığmalarını təmsil edən erməniəsilli idmançılar Bakıda mübarizə aparacaqlar.

Məlumata görə, səkkiz idmançıdan yeddisi Rusiya, biri isə Polşa bayrağı altında yarışacaq.

Yarışların 23–29 noyabr tarixlərində keçirilməsi planlaşdırılır. Qrepplinq üzrə mübarizə 23–25 noyabr, həvəskar MMA və pankration üzrə yarışlar isə 26–29 noyabr tarixlərində təşkil olunacaq.

İlkin iştirak siyahısında erməniəsilli idmançılar arasında Marat Safaryan, Aşot Markaryan, Konstantin Ağasyan, Zöhrab Hovhannisyan, Armen Hovhannisyan, Narek Soqomonyan və Polşanı təmsil edən Arsen Naslyanın adları yer alır.

Aşot Markaryanın iki fərqli idman növündə qeydiyyatdan keçdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?