“Bu komandanın aşağı liqaya düşməsini təsəvvür edə bilmirəm”

12:00 İngiltərə 81
“Bu komandanın aşağı liqaya düşməsini təsəvvür edə bilmirəm”

“Liverpul”un sabiq hücumçusu Maykl Ouen “Mançester Yunayted”in İngiltərə Premyer Liqasından aşağı liqaya düşmə ehtimalını dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı vəziyyətə baxmayaraq, belə bir ssenarinin reallaşacağına inanmadığını bildirib:

“Mançester Yunayted”in aşağı liqaya düşməsi “Lester”in çempion olmasından daha böyük şok olardı. Lakin hazırda bunun həqiqətən baş verə biləcəyini təsəvvür edə bilmirəm.

Onları zəif komanda adlandırmazdım. Əks halda, ötən mövsüm əldə etdikləri nəticələrə nail ola bilməzdilər.

Məncə, güc baxımından “Mançester Yunayted” Premyer Liqanın altıncı ən yaxşı komandasıdır”.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!