“Xeyr, özünüz görəcəksiz - Mənə vaxt verin, hər şey dəyişəcək”

22:00 İngiltərə 88
“Xeyr, özünüz görəcəksiz - Mənə vaxt verin, hər şey dəyişəcək”

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino klubun yenidən şəhərin digər təmsilçisi “Mançester Siti”dən üstün olacağını vəd edib.

Dünən gecə argentinalı mütəxəssisin rəhbərliyi altında son matçına çıxan ABŞ millisi KONKAKAF Millətlər Liqasında Haiti yığmasını 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra “TNT Sports”-un aparıcısı, 2006/07 mövsümündə icarə əsasında “Mançester Siti”də çıxış etmiş Damarkus Bislidən maraqlı reaksiya gəlib.

O, zarafatla “Mançester mavidir və həmişə belə olacaq” deyib. Poçettino isə gülərək belə cavab verib:

“Xeyr, özünüz görəcəksiz. Mənə vaxt verin, hər şey dəyişəcək”.

“Mançester Yunayted” Premyer Liqada 10 turdan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti