“O, həmişə aydın və birbaşa danışır, bu da onu anlamağı asanlaşdırır"

10:00 İspaniya 22
“O, həmişə aydın və birbaşa danışır, bu da onu anlamağı asanlaşdırır"

“Barselona”nın yarımmüdafiəçisi Rodri Hernandes komandanın baş məşqçisi Hans-Diter Fliklə münasibətləri barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin ünsiyyət tərzini və ona verdiyi tapşırıqları yüksək qiymətləndirir:

“O, həmişə aydın və birbaşa danışır, bu da onu anlamağı asanlaşdırır. İlk gündən məndən oyuna diqqət yetirməyimi, komanda yoldaşlarıma, xüsusən də, gənc futbolçulara kömək etməyimi istədi. Aramızda qarşılıqlı hörmətə əsaslanan sıx münasibət var”.

Rodri bu yay 60 milyon avroya “Mançester Siti”dən “Barselona”ya keçib. O, bu mövsüm bütün turnirlərdə 14 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” növbəti matçını noyabrın 22-də, “Vilyarreal”a qarşı keçirəcək. Kataloniya klubu həmçinin, 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?