Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bilindi

02:40 Dünya futbolu 48
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bilindi

UEFA Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

Sportinfo.az xəbər verir ki, turnirin qalibi uğrunda Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç yığmaları mübarizə aparacaqlar.

1/4 final mərhələsinin oyunları mart ayında keçiriləcək.

Cütlüklər noyabrın 20-də baş tutacaq püşkatma mərasimində müəyyənləşəcək. Yarımfinal, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə iyun ayında təşkil olunacaq.

Millətlər Liqası 2018/19 mövsümündən etibarən keçirilir. Turnirin pley-off mərhələsinə elit divizionun qruplarında ilk iki yeri tutan komandalar vəsiqə qazanırlar. Hazırkı çempion Portuqaliya millisidir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?