“Qarabağ” və “Zirə”nin əcnəbiləri qələbədə pay sahibi oldu

07:50 Hadisə 46
“Qarabağ” və “Zirə”nin əcnəbiləri qələbədə pay sahibi oldu

Afrika Millətlər Kubokunun seçmə mərhələsində 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan klublarının futbolçularının da çıxış etdiyi Mozambik millisi səfərdə Efiopiya yığmasına 1:0 hesabı ilə qalib gəlib.

“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa və “Zirə”nin yarımmüdafiəçisi Quima matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıblar. Lanqa qarşılaşma zamanı sarı vərəqə də alıb.

Bu qələbədən sonra Mozambik millisi 7 xalla J qrupunda ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?