“Qarabağ”ın vingeri Ukrayna millisində nə ilə yadda qaldı?

02:50 Qarabağ 36
“Qarabağ”ın vingeri Ukrayna millisində nə ilə yadda qaldı?

“Qarabağ”ın legioneriAleksey Kaşuk Ukrayna millisinin heyətində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Gürcüstanla qarşılaşmada ikinci hissədə meydana daxil olub.

Kaşuk matçın 64-cü dəqiqəsində Qennadi Sinçuku əvəzləyib. Beləliklə, “Qarabağ”ın futbolçusu görüşün əsas vaxtının son 26 dəqiqəsində və hakim tərəfindən əlavə olunmuş vaxtda meydanda olub.

Ukrayna millisi qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

Görüş UEFA Millətlər Liqasının B Liqasının 2-ci qrupunun 6-cı turu çərçivəsində Slovakiyanın Koşitse şəhərində keçirilib. Oyunda yeganə qolu 1-ci dəqiqədə Danilo Sikan vurub.

Bu, Kaşukun Ukrayna millisində ikinci oyunu olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?