Dörd oyunçu ilk dəfə Azərbaycan yığmasında

14:20 Milli komanda 88
Dörd oyunçu ilk dəfə Azərbaycan yığmasında

Andorra ilə yoldaşlıq oyunu Azərbaycan millisinin bəzi futbolçuları üçün yaddaqalan olub.

Sportinfo.az xəbər verir ki, 4 oyunçu millidə debüt edib.

Belə ki, Enkampda baş tutan qarşılaşmaya start heyətində çıxan Eşqin Əhmədov, Murad Məmmədov, həmçinin ehtiyatdan mübarizəyə qoşulan Ağadadaş Salyanski və Nihad Əhmədzadə karyeralarında ilk dəfə A millidə çıxış ediblər.

Bununla milli tarixində bu formanı geyinən futbolçu sayı 300-ə çatıb. Eşqin Əhmədov 2-ci dəqiqədə hesabı açaraq, hətta siftəsini qolla “yuyub”.

Millimiz səfərdə Andorra üzərində 3:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!