Braziliyalı müdafiəçidən iddialı açıqlama: "Düşüncə tərzimiz qələbə qazanmağa hesablanıb"

16:40 Premyerliqa 50
Braziliyalı müdafiəçidən iddialı açıqlama: "Düşüncə tərzimiz qələbə qazanmağa hesablanıb"

"İmişli" ardıcıl 3 qələbənin ardını gətirə bilmədi.

Öncə Gəncədə "Kəpəz"ə məğlub olan bölgə klubu, ardınca Yevlaxda "Sumqayıt"la qolsuz heç-heçə ilə yadda qaldı.

2 həftəlik milli fasilədən sonra İmişli təmsilçisinin rəqibi "Zirə" olacaq.

Ötən mövsümdə bu komandaya qalib gəlmək müşkülə çevrilib.

Bu, bir təsadüfi seriyadır, yoxsa “Zirə” çox güclü komandadır?

Sportinfo.az-a açıqlamasında "İmişli"nin braziliyalı müdafiəçisi Rafael Vieqaş suala bu cür cavab verib:

“Zirə” Azərbaycanın güclü komandalarından biridir.

Həmişə avrokuboklarda çıxış edir və turnir cədvəlinin ilk dörd pilləsi uğrunda mübarizə aparır. Çox güclü komandadır.

Ötən mövsüm onlara qalib gələ bilmədik, amma məğlub da olmadıq. Bizim düşüncə tərzimiz hər zaman qələbə qazanmaq üçün çalışmaqdır.

Gündəlik məşqlərdə də bunun üçün əziyyət çəkirik. “Zirə”yə hörmətlə yanaşırıq, amma növbəti oyunda 3 xal qazanmağa çalışacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti