Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək

05:00 Cüdo 55
Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək

21–22 noyabrda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ACF-dən məlumat verilib.

Tədbir Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?