Rusiyada məşqçi işləyən millimizin sabiq müdafiəçisindən AÇIQLAMALAR

01:50 Milli komanda 39
Rusiyada məşqçi işləyən millimizin sabiq müdafiəçisindən AÇIQLAMALAR

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi, hazırda Rusiyada məşqçi kimi çalışan Deni Qaysumov sportal.az-a müsahibə verib.

- Azərbaycan millisi Lixtenşteyn və Andorra ilə görüşdə qələbə qazanmağı bacardı. Bu görüşdə millimizin çıxışını necə dəyərləndirirsən?
- Afərin! Qrupda qalib gəlmələri çox yaxşı haldır. Əsas odur ki, ortada müsbət nəticə var. Bu, həqiqətən sevindiricidir!

- Səncə, milli komandamız gələcəyə ümid verir? Yoxsa, hansı planda artırmaq lazımdır? Səncə, gələcəkdə daha yaxşı nəticələr üçün heyətə malikik?
- Potensial həmişə var. Xüsusilə də indi. Təbii ki, həm ayrı-ayrı oyunçular, həm də bütövlükdə komanda bir çox cəhətdən və keyfiyyət baxımından artırmalıdır. Əlbəttə, oyunçularımızın özləri də öz imkanlarına inanmağa başlamalıdırlar.

- Milli komanda üçün bu qrupda birinci yeri tutmağı uğur hesab etmək olar? Hər halda, millimiz daha yaxşı nəticə qazansaydı, D divizionunu qalib gəlsəydi, AVRO-2028-də pley-off oynamaq imkanı qazanacaqdı. Amma bunu Malta qazandı..
- Bəli, qrupda birinci olmağı uğur hesab edirəm. Baxmayaraq ki, yekunda pley-off mərhələsinə vəsiqə qazana bilmədik.

- Millidə debüt edən Eşqin Əhmədov, Nihad Əhmədzadə, Ağadadaş Salyanski, Murad Məmmədov haqda hansı fikirdəsən? Xəyal Əliyev də əvvəllər debüt edib millidə,gəncir. Ümumiyyətlə, gənclər haqda hansı fikirdəsən?
-Fikrimcə, gənc oyunçularımızı komandaya inteqrasiya etməli, onlara mütəmadi olaraq oyun vaxtı verməli, yəni ardıcıl bir neçə matçda çıxış etmələrinə şərait yaratmalı və milli komandanın təlim-məşq toplanışları zamanı əsas heyətlə birlikdə məşq etmələrini təmin etməliyik. Ümid edirəm ki, gənc oyunçularımız gələcəkdə komandanın əsas heyətinin vacib üzvlərinə çevriləcəklər.

- Necə düşünürsən, milli sənin oynadığın vaxtda daha güclü idi, yoxsa indi yaxşıdır?
- Hər bir milli komanda özünəməxsus şəkildə maraqlı və müəyyən cəhətlərdən güclüdür... Məhz buna görə də hamımız eyni hissləri bölüşür və öz milli komandamıza azarkeşlik edirik!

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?