“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu “Sky Sport”-a açıqlamasında qış transfer dönəmində komandadan ayrılmağı düşünmədiyini bildirib:
“Hazırda qışda ayrılmaq variantını nəzərdən keçirmirəm. “Qalatasaray”la daha bir neçə kubok qazanmaq istəyirəm.
Bir şeyi dəqiq deyə bilərəm: gələn mövsüm də oynamağa davam etmək niyyətindəyəm. Hazırda əla formadayam.
Mənə şans veriləndə hazır olacam. Qalan məsələlər isə məndən asılı deyil”.
Almaniyalı yarımmüdafiəçi 2025-ci ildə “Qalatasaray”a qoşulub. O, cari mövsümdə cəmi 5 oyunda meydana çıxıb və ümumilikdə 74 dəqiqə oynayıb.
Gündoğanın İstanbul klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
