Azərbaycan millisi 88 xal fərqi ilə məğlub oldu

03:10 Basketbol 36
Azərbaycan millisi 88 xal fərqi ilə məğlub oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız A qrupunun üçüncü turunda İslandiya millisinin qonağı olub.

Səfər qarşılaşması meydan sahiblərinin 129:41 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycan millisi rəqibinə 88 xal fərqi ilə uduzub.

Bu, komandamızın seçmə mərhələdə ardıcıl üçüncü məğlubiyyəti olub. İoannis Diamantakosun rəhbərlik etdiyi yığma əvvəlki oyunlarda İsveçrəyə 33:84, İrlandiyaya isə 73:91 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, Azərbaycan millisi noyabr ayındakı seçmə mərhələ oyunlarını qələbəsiz başa vurub.

Qrupun cavab qarşılaşmaları 2027-ci ilin fevralında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?