Yeni müqavilə imzalamağa hazırdır - Mü ştərisi olsa da

15:20 İngiltərə 85
Yeni müqavilə imzalamağa hazırdır - Mü ştərisi olsa da

“Liverpul” vingeri Rio Nqumoanı heyətində saxlaya biləcəyinə əmindir.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu “Enfild”də özünü xoşbəxt hiss edir və “Arsenal”la “Bayern”in marağına baxmayaraq, klubla yeni müqavilə imzalamağa hazırdır.

Mersisayd təmsilçisi ingiltərəli oyunçunu gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir. Bu səbəbdən, tərəflər əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Nqumoa 2026/27 mövsümündə bütün turnirlərdə 14 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!