"Turan Tovuz"un qapıçısı Tayland finalında istəyinə çatmadı

08:40 Turan 54
"Turan Tovuz"un qapıçısı Tayland finalında istəyinə çatmadı

"Turan Tovuz"un qolkiperi Oleq Baklov Tacikistan millisinin heyətinə növbəti görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qapıçının komandası Taylandda keçirilən "King’s Cup 2026" beynəlxalq turnirinin finalında meydan sahibləri ilə qarşılaşıb.

Bu görüşdə Tacikistan 0:3 uduzub. Oyunun 38-ci dəqiqədə Tacikistan millisinin meydanda azlıqda qalması matçın taleyini həll edib.

Baklov 90 dəqiqə meydanda olub, 38-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?