Azərbaycan və başqa ölkələrdən ona bir neçə rəsmi təkliflər gəlib

00:40 Bizimkilər 18
Azərbaycan və başqa ölkələrdən ona bir neçə rəsmi təkliflər gəlib

“Bursaspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov bir neçə klubdan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubundan AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, 25 yaşlı müdafiəçiyə Azərbaycan və başqa ölkələrdən rəsmi təkliflər gəlib.

Lakin Birinci Liqa təmsilçisi Bayramovu asanlıqla buraxmaq istəmir. Klub ondan daha yaxşı çıxış gözləyir.

“Bursaspor”a ötən yay “Qarabağ”dan keçən Toral Bayramov Birinci Liqa təmsilçisi ilə 2029-cu ilin iyun ayınadək müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?