“Murov Az Terminal”ı udmağa çətinlik çəkmədilər - Super Liqada

07:10 Voleybol 46
“Murov Az Terminal”ı udmağa çətinlik çəkmədilər - Super Liqada

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci turun oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “AZERRAIL” və “Murov Az Terminal” üz-üzə gəlib.

Qarşılaşma “AZERRAIL”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komanda ilk setdə 25:22, ikinci setdə 25:20, üçüncü setdə isə 25:23 hesabı ilə üstün olub.

Beşinci turun digər iki qarşılaşması təxirə salınıb. Buna “Xilasedici” və “ORDU” komandalarının avrokuboklarda iştirak etməsi, həmçinin “Gənclər”in bəzi voleybolçularının U-16 millisinin heyətində Avropa çempionatının seçmə mərhələsinə qatılması səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?