Cenevrədə Avropa Atletikasının seminarında iştirak etdi

04:30 Digər növlər 41
Cenevrədə Avropa Atletikasının seminarında iştirak etdi

Azərbaycan Atletika Federasiyasının (AAF) beynəlxalq əlaqələr üzrə koordinatoru və təhlükəsiz idman üzrə mütəxəssisi Ayxan Xəkili noyabrın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilən "European Athletics Safeguarding Workshop" seminarında iştirak edib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən bildirilib.

"European Athletics" (Avropa Atletikası) tərəfindən təşkil olunan tədbirə "World Athletics" və "World Gymnastics" nümayəndələri də daxil olmaqla, beynəlxalq qurumların təmsilçiləri qatılıblar.

Görüşün əsas məqsədi idmanda təhlükəsiz mühitin yaradılması, idmançıların hüquqlarının qorunması və müvafiq prinsiplərin təşviqi istiqamətində təcrübə mübadiləsi aparmaq olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?