Premyer Liqanın 12-ci turu ərəfəsində baş məşqçilərin üzü gülür.
Hhəftəsonu baş tutacaq oyunlarda cəzalı futbolçu yoxdur.
Əvvəlki turlarda sarı və qırmızı vərəqələrə görə bəzi oyunçular cəzalı duruma düşüb baş məşqçilərin işini çətinə salırdılarsa, bu dəfə hamı bir nəfər kimi qarşıdakı matçlara hazırlaşacaq.
“Turan Tovuz”la görüşdə aldığı qırmızı vərəqəyə görə 2 oyunu kənardan izləyən “Neftçi”nin müdafiəçisi İqor Ribeyro da “Araz-Naxçıvan”la səfər duelində meydana çıxa biləcək.
Çempionatda nadir hallarda yaşanan bu hal komandalara növbəti görüşlərə tam heyətlə hazırlaşmaq imkanı yaradacaq.
Noyabrın 20-də “İmişli” – “Zirə”, “Sumqayıt” – “Sabah”, ertəsi “Şamaxı” – “Turan Tovuz”, “Şəfa” – “Qəbələ”, noyabrın 22-də “Araz-Naxçıvan” – “Neftçi”, “Kəpəz” – “Qarabağ” matçları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
