“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti məğlubiyyətini alıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” H qrupunun yeddinci turunda Latviyada “Riqa”nın qonağı olublar.
Qarşılaşma meydan sahiblərinin böyük üstünlüyü ilə başa çatıb - 96:55. “VEF Riga” bütün periodlarda üstün olub - 27:12, 27:12, 23:17 və 19:14.
Əvvəlki altı oyunda bir qələbə qazanan və beş dəfə uduzan Azərbaycan təmsilçisi yeddi turdan sonra səkkiz xalla H qrupunun sonuncu pilləsində qərarlaşıb.
Azərbaycan təmsilçisi növbəti avrokubok matçını dekabrın 9-da keçirəcək. “Neftçi” Bakı İdman Sarayında İsveçrənin “Fribourg Olympic” komandasını qəbul edəcək.
