"Mövqeyimizdən məmnun deyilik, amma inanıram ki, üst sıralarda ola bilərik"

18 Noyabr 23:40 Müsahibə 79
"Mövqeyimizdən məmnun deyilik, amma inanıram ki, üst sıralarda ola bilərik"

"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskes Premyer Liqanın 11-ci turunda "İmişli" ilə qolsuz bərabərliklə bitən oyundan sonra Sportinfo.az-a müsahibə verib.

– “İmişli”ni məğlub etmək niyə mümkün olmadı?

– Düşünürəm ki, matç ərzində yaxşı işlər gördük, lakin qələbə qazanmaq üçün bir az şansımız çatışmadı. Daha yaxşısını edə biləcəyimizi bilirik və işləməyə davam etməliyik.

– Komanda qələbə qazana bilmədiyi bəzi oyunlarda da yaxşı çıxış edib. Bəs nəticələri sabitliyə çevirməyə nə mane olur?

– Bəzən yaxşı oynayırıq, amma qalib gələ bilmirik. Fikrimcə, fürsətlərimizdən daha səmərəli istifadə etməli və sonda həlledici rol oynayan bəzi detallara daha çox diqqət yetirməliyik.

– Birinci dövrədən sonra “Sumqayıt” 9-cu sıradadır. Nəticəni necə qiymətləndirirsən?

– Təbii ki, hazırkı mövqeyimizdən məmnun deyilik. Yaxşı komandamız var və inanıram ki, turnir cədvəlində daha yuxarı pillələrdə ola bilərik. Komanda yoldaşlarıma böyük inamım var və bilirəm ki, daha da inkişaf edə bilərik.

– “Sumqayıt” qeyri-sabit çıxış etsə də, özün əla mövsüm keçirirsən. Belə start verməyin səni də təəccübləndirir, yoxsa bunu gözləyirdin?

– Doğrusu, özümə və gördüyüm işə həmişə inanıram. Hər gün əlimdən gələnin ən yaxşısını etmək üçün hazırlaşıram. Buna görə də çıxışımla razıyam. Lakin inkişaf etməyə və komandama kömək etməyə davam etmək istəyirəm.

– Ötən mövsümlə müqayisə etsək, Premyer Liqada nə dəyişib?

– Düşünürəm ki, bu il liqa daha çətindir. Hər komanda rəqabətədavamlıdır və asan oyun yoxdur. Bu da hər qələbəni daha dəyərli edir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?