Vitse-prezident su tapmayan komandanın imdadına yetişdi, görün, nə etdi!

13:00 Problem 272
Vitse-prezident su tapmayan komandanın imdadına yetişdi, görün, nə etdi!

«Şəfa»nın vitse-prezidenti Əfran İsmayılov «Səbail»in gündəlik məşq prosesində üzləşdiyi problemlərdən daha birini həll edib.

O, I Liqada çətin günlər yaşayan komandanın su çatışmazlığını aradan qaldırıb.

Necə? Çox asan bir yolla.

Deməli, «Şəfa» rəsmi müqavilə əsasında çalışdıqları şirkətə sifarişlərinin miqdarını artırıb. Oradan gələn məhsulun bir hissəsini isə «Səbail»ə yönəldib.

Başqa sözlə, alış-veriş «Şəfa» ilə şirkət arasındadır, bundan faydalanan isə eyni zamanda aşağı liqa təmsilçisidir.

Bəs niyə belə? Problem ondadır ki, «Səbail»in yeni rəhbərliyi etimadı itirib.

Mirzə Bayrampurun verdiyi sözləri tutmaması artıq yaxından-uzaqdan hamıya məlumdur. Bir neçə aydır prezident postunda əyləşmş bu şəxs üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir.

Müqavilə oldu, ya olmadı - sözünün arxasında dayanmır. Odur ki, klubun bir çox yerə böyük miqdarda borcu yaranıb.

Futbol aləmi kiçikdir - burada kim nə edirsə, hansı işi görürsə, səsi və iyi tez yayılır. «Səbail»də son həftələrdə yaşanan hadisələr də bu mənada qətiyyən təsadüfi deyil.

Adi su almaq üçün müraciət olunan şirkətlər əməkdaşlığa şübhəylə yanaşır. Etibarı itirmək budur da. Bir-iki nəfərə yalan danışdınsa, digərləri artıq ehtiyatlı tərpənməyə məcburdur.

Sağolmuş Bayrampur da qısa müddətdə özünü necə «tanıdıbsa», indi «Səbail»in adını eşidən başını götürüb qaçır.

O. sevinməlidir ki, yenə Əfran İsmayılov var. «Şəfa»nın vitse-prezidenti de-fakto «Səbail»ə xidmət edir.

Qeyri-rəsmi şəkildə müşavir və icraçı direktor funksiyasını yerinə yetirir. Onların oyunlarına gedir, VİP-lojada əyləşir, məşqçi korpusu ilə məsləhətləşmələr aparır. Əlqərəz, «Səbail»in hər işində başdadır.

Bütün bunlardan «Səbail»in sponsorlarının xəbəri varmı? Açığı, güman etmirik. Həmin şəxslər hələ də fil qulağında yatbılar.

Bayrampurun danışdıqları, verdiyi vədlər onları necə bihuş eləyibsə, hələ də qəflət yuxusundan ayılmağa tələsmirlər. Ya da ki, qulaqları eşitdiklərinə inanmaq istəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!