“Turan Tovuz” bu ilin 3 oktyabr tarixində Bakıda “Fənərbağça” ilə keçirdiyi yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.
Sportinfo.az xəbər verir ki, bununla yanaşı, klub Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.
arabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası 28 sentyabr 2026-cı il tarixində QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.
Peşəkar futbol klubunun bu xeyriyyə turnirinə əsas tərəfdaş qismində dəstək verməsi idmanın yalnız meydandakı rəqabətdən ibarət olmadığını və bütün idman ictimaiyyətinin Qarabağın dirçəlişi kimi ali bir məqsəd ətrafında sıx birləşdiyini nümayiş etdirir.
