Üçüncü liqa klubu ilə anlaşdı - Tanınmış hücumçu

12:00 Fransa 73
Üçüncü liqa klubu ilə anlaşdı - Tanınmış hücumçu

“Monako”nun sabiq hücumçusu Vissam Ben Yedder karyerasını Fransanın üçüncü liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu “Paris 13 Atletiko”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər mövsümün sonuna qədər olan müqavilə imzalayıblar. Ben Yedder yeni komandasına azad agent kimi qoşulub. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

Fransalı hücumçunun son klubu Mərakeş çempionatında çıxış edən “Vidad” olub. O, daha əvvəl “Sevilya”, “Monako”, “Tuluza”, “Sepahan” və “Sakaryaspor”un formasını geyinib.

Ben Yedder Fransa millisində 19 oyun keçirib və 3 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı