"Yuventus"un Milik planı

8 May 19:45 İtaliya 109
"Yuventus"un Milik planı

"Yuventus" "Napoli"nin hücumçusu Arkadiuş Miliki transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi "River Plyet"ə keçəcəyi iddia edilən Qonsalo İquainin əvəzinə polşalı forvardı almaq fikrindədir.

"Qoca sinyora" "İnter"in PSJ-yə icarəyə verdiyi Mauro İkardi və "Mançester Siti"nin hücumçusu Qabriel Jezus ilə də maraqlanır. Ancaq bu futbolçuların bahalı olması klubun işini çətinləşdirir.

Məlumatda qeyd edilib ki, "ağ-qaralar" Milik üçün neapollulara 40 milyon avro ödəməyə hazırdır. 26 yaşlı hücumçunun "Napoli" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da tamamlanacaq.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...