Ronaldo "Evdə qal" dedi, ailəsini gəzintiyə çıxardı - FOTOLAR

1 Aprel 2020 00:56 İtaliya 629
Ronaldo "Evdə qal" dedi, ailəsini gəzintiyə çıxardı - FOTOLAR

"Yuventus"un futbolçusu Kriştianu Ronaldo koronavirus təhlükəsinə rəğmən evindən ailəsi ilə birgə çölə çıxıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu və həyat yoldaşı Corcina Rodriges Madeyrada övladlarını gəzintiyə çıxarıblar.

Lakin onlar bar, kafe və restoranların bağlı olması səbəbindən yemək yeyə bilməyiblər. Üstəlik, Gəzinti zamanı bir fanat onlara yaxınlaşıb. Bu zaman Rodriges kapüşonu ilə üzünü gizlətməyə çalışıb.

Ronaldo daha əvvəl insanları evdə qalmağa və onları həyatda saxlamaq üçün mübarizə aparan həkimlərə kömək etməyə çağırıb.

Hazırda Portuqaliyada karantin rejimi tətbiq olunmayıb. İnsanlara evlərini tərk edə bilmələri üçün könüllü özünütədric imkanları yaradılıb. İndiyədək bu ölkədə koronavirusa 6408 yoluxma halı qeydə alınıb və 140 nəfər ölüb.

Kriştianu Ronaldo daha əvvəl Portuqaliya xəstəxanalarına ağ ciyərlər üçün 5 ədəd süni nəfəs aparatı bağışlayıb.

Digər Xəbərlər
Xəbər Lenti