Bojoviç də "Neftçi"dən ayrılmağa tələsir?

15 Fevral 23:40 İtaliya 2 092
Bojoviç də "Neftçi"dən ayrılmağa tələsir?

Miodraq Bojoviç dekabrın 24-də «Neftçi»nin baş məşqçisi olmasını təsdiqləyən sənədə qol çəkdi.

Yanvarın əvvəlində, Antalya toplanışının gedişində bir açıqlama verdi.

Dedi ki, komandanı optimal formaya qaytarmaq üçün ona 6 həftə kifayətdir.

İki gün öncə, «Araz-Naxçıvan»la Premyer Liqanın 22-ci tur matçının ardından bu dəfə dedi ki, istədiyi oyunu sərgiləmələri üçün daha 1 aya ehtiyacları var.

Göründüyü kimi, o, vaxt «uda-uda» gedir, «Neftçi» isə udmur, uduzur. Qarşısına çempionluq vəzifəsi qoyulan baş məşqçi axır 2 turdakı yenilgiləri izah etməyə heç düz-əməlli səbəb gətirə bilmir.

Fikir verin, hələ də «donu açılmayıb», oyunlar vaxtı lal-dinməz dayanır texniki zonada. Səsi də çıxmır ey!

Bu, çox şeydən xəbər verir. Eləcə də gələcəyini «Neftçi»də görməməsindən.

Uzun illər Rusiyada müxtəlif klubları çalışdırmış Bojoviç özünü Bakıda qərib kimi aparır. Sanki uyğunlaşa, istədiyini tapa bilmir.

Monteneqrolunun ilk həftələrdəki o pozitivliyindən, şux görkəmindən əsər-əlamət qalmayıb. Belini bükə-bükə gəzir.

Daim qayğılı, fikirli, narahat görünür. Əllərini arxasında gizlədir, gözləri yol çəkir.

Hərdən sifətini ovuşdurur, təəccüblə meydanı süzür. «Ay Allah, mən hara düşmüşəm…» deyir baxışları.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı