“Real”ın keçmiş baş məşqçisi ilə anlaşmaq istəyir

27 Aprel 2024 15:40 İtaliya 886
“Real”ın keçmiş baş məşqçisi ilə anlaşmaq istəyir

“Milan” klubu yayda yeni baş məşqçi təyin etməyi planlaşdırır.

Sportinfo.az “Gazzetta.it”-ə istinadən xəbər verir ki, klub bu posta əsas namizəd kimi əvvəllər “Real”da və İspaniya millisində çalışmış Xulen Lopeteqini görür.

Lopeteqinin “Milan” rəhbərliyinə yaxşı təsir bağışladığı və əsas namizəd hesab edildiyi qeyd edilir.

“Milan”ın hazırkı baş məşqçisi Stefano Piolinin mövsümün sonunda istefa verəcəyi bildirilir.

Komanda onun rəhbərliyi altında A Seriyasının cari mövsümündə 69 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2