“Milan”a təklif göndərib – Jirunun transferi üçün

26 Mart 18:40 İtaliya 409
“Milan”a təklif göndərib – Jirunun transferi üçün

“Milan”ın hücumçusu Olivye Jiru karyerasını MLS-də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Los Anceles” 37 yaşlı fransalı futbolçunun transferi üçün İtaliya klubuna rəsmi təklif göndərib.

Hücumçunun azad agent kimi MLS klubuna qoşula biləcəyi gözlənilir.

Jiru cari mövsümdə 36 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti