Baş məşqçi futbolçusuna kəllə vurdu, üsr istədi, istefaya göndərildi - QALMAQALLI VİDEO

11 Mart 18:40 İtaliya 1 229
Baş məşqçi futbolçusuna kəllə vurdu, üsr istədi, istefaya göndərildi - QALMAQALLI VİDEO

“Leççe”nin baş məşqçisi Roberto Daversa futbolçusu Tomas Henriyə kəllə vurub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi bunu “Verona”ya 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra edib.

Daha sonra çalışdırıcı xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

O, bunun bilərəkdən etmədiyini deyərək üzr istəyib: “Bu, mən deyiləm, qəbul etmirəm. Henridən, “Leççe”dən, “Verona”dan, hakimlərdən və İtaliya ictimaiyyətindən üzr istəyirəm”.

Lakin o, üzr istəməyinə baxmayaraq vəzifəsindən qovulub.

“Leççe” ilin əvvəlindən İtaliya A Seriyasında cəmi bir dəfə qalib gəlib və turnir cədvəlində 15-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!