“Tənqid edin, amma heç kim bizi kifayət qədər fədakarlığa görə qınaya bilməz”

11 Mart 15:20 İtaliya 328
“Tənqid edin, amma heç kim bizi kifayət qədər fədakarlığa görə qınaya bilməz”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 28-ci turunda “Atalanta” ilə heç-heçədən (2:2) sonra tənqidlərə münasibətini açıqlayıb.

O qeyd edib ki, komanda xal qazanmağa çalışır.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi hər maçda qalib gəlməyə çalışdıqlarını bildirib:

“Azarkeşlər etiraf etməlidirlər ki, bizi Çempionlar Liqasında yenidən görmək istəyirlər. Komandanı və məşqçini tənqid edə bilərsiz.

Amma heç kim bizi kifayət qədər fədakarlığa görə qınaya bilməz. Biz hər matçda qalib gəlməyə çalışırıq. Lakin bu, həmişə mümkün olmur”.

“Yuventus” A Seriyasında 28 turdan sonra 58 xal toplayıb və 3-cü yerdədir. Komanda martın 17-də “Cenoa”nı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!