Daha iki klub bu transferdən imtina etdi - Pula gör

3 May 2024 01:30 İtaliya 819
Daha iki klub bu transferdən imtina etdi - Pula gör

İtaliyanın top-klubları “Bolonya”nın hücumçusu Coşua Zirkzenin transferi üçün mübarizədən çəkiliblər.

Sportinfo.az “Give Me Sport”-a istinadən xəbər verir ki, “İnter”dən sonra “Milan” və “Yuventus” da niderlandlı futbolçunu transfer etməkdən imtina edib.

Zirkze uğrunda mübarizədə favorit “Arsenal”dır. İtaliya klubları maddi cəhətdən İngiltərə təmsilçisi ilə rəqabətə girmək şanslarının olmayacağını hiss edirlər. “Bolonya” Zirkze üçün 50 milyon avro təzminat tələb edir.

“Bayern”in sabiq hücumçusu A Seriyasında ikinci mövsümünü keçirir. 22 yaşlı futbolçu bu mövsüm İtaliya çempionatında 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!