Hücumçusunu satacaq - 25-30 milyon avro verən olsa

24 Fevral 19:00 İtaliya 758
Hücumçusunu satacaq - 25-30 milyon avro verən olsa

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsində satılacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, serb futbolçu turinlilərin PSJ-dən almağı planlaşdırdığı Randal Kolo-Muaninin gəlişindən sonra start heyətdəki yerini itirib.

Vlahoviç komandanın baş məşqçisi Tiaqo Mottanın planlarına uyğun gəlmir və klub qarşıdakı transfer pəncərəsində onu satmaq niyyətindədir.

“Yuventus” 25 yaşlı forvard üçün 25-30 milyon avro istəyəcək. Vlahoviçin hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub və tərəflər sözləşmənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti